İlham Əliyevlə Vladimir Putinin telefon danışığı olub

Baxış sayı:
9580

Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Virtualaz.org Kremlin rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla martın 29-da Vyanada Dağlıq Qarabağ tənzimlənməsi üzrə danışıqları barədə təəssüratları ilə bölüşüb.

Vladimir Putin Bakı ilə Yerevan arasında danışıqlar prosesinin fəallaşmasının vacibliyini qeyd edib. Rusiya bundan sonra da Dağlıq Qarabağ probleminin sülh yolu ilə, ələlxüsus ATƏT-in Minsk qrupu formatında həllinə dəstək göstərməyə hazır olduğunu ifadə edib.

İkitərəfli gündəliyin suallarının müzakirəsi zamanı hər iki tərəfin müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə tərəfdar olması təsdiqlənib.