​İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başladı - FOTOLAR

Baxış sayı:
3180

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə iki günlük rəsmi səfəri başlayıb.
 
Muxalifət.az xəbər verir ki, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın “Esenboğa” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısını Türkiyənin Baş nazirinin müavini Fikri İşık və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.
Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.
Qeyd edək ki, bu, aprelin 11-də keçirilən prezident seçkilərində qalib gələn dövlət başçısı İlham Əliyevin xarici ölkəyə ilk səfəridir.