​“İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırırıq” - Əli Həsənov

Baxış sayı:
9126

Bu il aprelin 11-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
Muxalifət.az xəbər verir ki, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V Qurultayında çıxışında Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
 “Bilirik ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultaylarında həmişə İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürürsünüz. Bu dəfə də bütün həmkarlar ittifaqları işçilərini İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləməyə çağırırıq”, – deyə o qeyd edib./apa/