İlham Əliyevin MHP-yə simpatiyası varmış... - ƏRDOĞANDAN XAHİŞ EDİB Kİ...

Baxış sayı:
2635

Martın 31-də Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində Iğdır və Qars vilayətlərini MHP qazana bilər və bunun səbəbkarı Azərbaycan prezidenti İlham Əliyev imiş.

“Hürriyyət” qəzeti xəbər verir ki, bu iddanı Türk mətbuatı irəli sürüb.

Maraqlıdır ki, Azərbaycan prezidenti buna elə Azərbaycansayağı üsullarla - tapşırıqla nail olub.

İddiaya görə, ölkə başçımız Türkiyəli həmkarından sözügedən vilayətlərdə bələdiyyə seçkilərində MHP-nin qələbə çalmasını istəyib. Ərdoğan da onun sözünü yerə salmayıb və hər iki vilayətdə Cümhur ittifaqından MHP-nin namizədlərini - Qarsdan Çetin Naziki, Iğdırdan isə İsa Yaşar Tezeli dəstəkləyəcək.

“Gazete Duvar” bu xəbərini adı çəkilməyən bir siyasi xadimin fikirlərinə istinadən yayıb.

Hurriyyet.org