​İlham Əliyevin bacısı oğlu 170 kiloqram qaldırdı

Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyev Instagram-da 170 kiloqramlıq ştanqı qaldırdığı ilə bağlı yeni video paylaşıb.
Virtualaz.org xəbər verir ki, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti olan Azərin son paylaşdığı videodan formada olduğunu görmək olar. 170 kiloqram çəki ilə məşq edən Azər izləyənləri heyran qoyub.
Qeyd edək ki, 2014-cü ildə Azər Əliyev pauerliftinq üzrə Açıq Avrasiya Kuboku yarışlarında 250 kq-lıq nəticə ilə gümüş medala sahib olub.