"İLHAM ƏLİYEVİ NİYƏ BELƏ DİQQƏTLƏ OXUYURSUNUZ?" - Ermənistanın xarici işlər naziri jurnalistlərdən incidi

Baxış sayı:
807

Ermənistan xarici işlər naziri Ara Ayvazyan kabinetinin önünə toplaşan jurnalistlərin qarşısına çıxıb və Xarici İşlər Nazirliyinin, özünün yazdığı açıqlamasını oxuyub. Eyni zamanda, erməni nazir xüsusi xəbərdarlıq edib ki, “bəyanatı təhrif olunmasın deyə, hər şeyi kağızdan oxuyacaq”.

Ayvazyanın bəyanatında deyilir ki, Ermənistan Xarici İşlər Nazirliyi gündəlik işi ilə erməni xalqının mənafelərini qoruyan apolitik strukturdur, müharibədən sonra isə diplomatiya bütün məsuliyyəti və işi tədricən öz üzərinə götürür.

"Hazırda bizdə yaranmış vəziyyət qeyri-mütənasib qüvvə ilə üzləşməyimizlə bağlıdır. Erməni diplomatiyası bir çox məsələlərin həlli üçün mümkün olan və mümkün olmayan hər şeyi etməyi özünün borcu hesab edir. Diplomatiya sükut sevir. Odur ki, icazənizlə, diplomatiya səssiz işləyəcək və bizim işimiz şərhlərdən daha aydın olacaq", - deyə “Sputnik Ermənistan” Ayvazyandan sitat gətirib.

Bəyanatını oxuduqdan sonra Ayvazyan jurnalistlərin bütün suallarına məhəl qoymadan yenidən kabinetinə qayıdıb.

Media nümayəndələri nazirdən hərbi əsirlərlə bağlı vəziyyət, gələcək danışıqlar, Ayvazyanın Moskvaya işgüzar səfəri barədə soruşublar. Ayvazyan deyib ki, "Biz sizin bütün suallarınızı əməllə cavablandıracağıq".

Nazir bir müddət sonra həmkarları ilə birlikdə ofisdən çıxıb və liftə tərəf yönəlib. Media nümayəndələri onu yenidən təqib etməyə başlayıblar. Jurnalistlərdən biri nazirdən Azərbaycan Prezidenti İlham Əliyevin Laçın şəhərinin Bakının nəzarətinə verilməsi barədə bəyanatını şərh etməsini istəyənə qədər Ayvazyan səbirlə susub. Sonra isə... "Niyə bizim açıqlamalarımızı və müsahibələrimizi də eyni dərəcədə diqqətlə oxumursunuz?" – deyə əsəbi şəkildə onun sözünü kəsib və liftə girib.../Virtualaz.org