​İlham Əliyevdən gözləri görməyən gənclə bağlı XÜSUSİ TAPŞIRIQ - "Lazım olsa, xaricə göndərərik"

Baxış sayı:
10519

Prezident İlham Əliyev Ağsu rayonunda zəlzələdən zərərçəkmiş sakinlərlə görüşü zamanı xüsusi jestə imza atıb.
Muxalifet.az AzərTAc-a istinadən xəbər verir ki, ölkə başçısı evi zəlzələ zamanı dağılmış Ağsu sakini Həcər Zamanovayla söhbəti zamanı yaşlı qadının nəvəsi ilə bağlı xahişini yerindəcə həll edib. 
H.Zamanova prezidentlə söhbəti zamanı 29 yaşlı nəvəsinin səhhətindəki problemi ölkə başçısına çatdırıb. Yaşlı qadın bildirib ki, nəvəsi Murad Zamanovun həm atası, həm də anası rəhmətə gedib. Uşağı isə o özü saxlayıb böyüdüb. 
29 yaşlı nəvəsinin bir gözünün tutulduğunu, digər gözünün isə cəmi 3 faiz gördüyünü və təcili əməliyyata ehtiyacının olduğunu bildirən H.Zamanova deyib ki, oğlana donor göz lazımdır. 
Prezident İlham Əliyev isə yaşlı qadının bu xahişini dinlədikdən sonra ona deyib ki, bu məsləni Heydər Əliyev Fonduna tapşıracaq və ehtiyac olarsa, onun nəvəsinə xarici ölkəyə müalicəyə göndərəcək. 
Bakupost.az ölkə başçısı ilə H.Zamanova arasında bu dialoqu təqdim edir: 
Həcər Zamanova: ...Mən Sizə bir kəlmə də söz deyəcəyəm. Nəvəmin 29 yaşı var. Atası da, anası da rəhmətə gedib. Onu mən saxlamışam. İndi onun gözünün biri tamam tutulub. Birində də 3 faiz görmə qalıb. Xəstəxanaya aparıb gətirirəm, ona donor göz lazımdır. Mənim ona gücüm çatmır.
Prezident İlham Əliyev: Onu mən tapşıraram Heydər Əliyev Fonduna.
Həcər Zamanova: Sənə qurban olaram, həkimlər deyirlər ki, onu təcili etmək lazımdır.
Prezident İlham Əliyev: O, buradadır, yoxsa Bakıda?
Həcər Zamanova: Burada idi, evimiz uçandan sonra Bakıda olan qızımın yanına göndərmişəm.
Prezident İlham Əliyev: Onun əlaqə telefonunu, ad-familiyasını verin.
Həcər Zamanova: Zamanov Murad Adil oğlu.
Prezident İlham Əliyev: Siz narahat olmayın. Lazım olarsa, biz onu xaricə də göndərərik.