İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

Baxış sayı:
382

Przidedent İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə Krasnodar diyarında insan tələfatı ilə nəticələnmiş faciə ilə əlaqədar başsağlığı verib.
Muxalifet.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli Vladimir Vladimiroviç. 
Krasnodar diyarında insan tələfatı ilə nəticələnmiş faciə barədə xəbər məni dərindən kədərləndirdi.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm”.