​İlham Əliyev Türkiyəyə gedir

Baxış sayı:
2887

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 24-25-də Türkiyəyə səfər edəcək.
Muxalifet.az-ın xəbərinə görə, Prezident İlham Əliyevin VII Türkiyə- Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəyi, həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcəyi bildirilir.
Səfər çərçivəsində iki ölkə arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.