İlham Əliyev Səudiyyə Ərəbistanına səfər edib

Azərbaycan Prezidentini Səudiyyə Ərəbistanının yüksək səviyyəli rəsmi şəxsləri qarşılayıblar
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ərəb-İslam-Amerika Sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanı Krallığına səfər edib.
Ər-Riyad şəhərinin “King Salman Air Base” hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini Səudiyyə Ərəbistanının yüksək səviyyəli rəsmi şəxsləri qarşılayıblar.