İlham Əliyev SƏRƏNCAM İMZALADI

Baxış sayı:
208

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb.
Muxalifet.az-ın xəbərinə görə, sərəncamd qeyd edilir ki, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılsın.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamın 1-ci hissəsi ilə yaradılan Mədəniyyət Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirsin.