İlham Əliyev SƏRƏNCAM İMZALADI

Baxış sayı:
2989

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 1541 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 1541 nömrəli sərəncamının birinci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir: “Komissiyanın həmsədri Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Komissiyanın üzvləri Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası energetika nazirinin müavini Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Azərbaycan Respublikası təhsil nazirinin müavini Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini Azərbaycan Respublikasının Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri”. Azərbaycan Xarici İşlər Nazirliyinə bu sərəncamın birinci hissəsi ilə edilən dəyişiklik barədə Serbiya Respublikası tərəfinə bildiriş göndərməsi tapşırılıb.