İlham Əliyev Putinə başsağlığı verdi

Baxış sayı:
7927

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib.

Başsağlığında deyilir: "Hörmətli Vladimir Vladimiroviç, Zabaykalyedə yol-nəqliyyat hadisəsi nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm".