​İlham Əliyev müharibə olmayacağı haqda söz verib…

Uorlik: "Azərbaycan və Ermənistan prezidentləri Kerri ilə görüşdə müharibəni rədd etdilər”

"ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməyə hazırdır".
Bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “twitter” səhifəsində yazıb.
O, NATO-nun Varşavada keçirilən sammiti çərçivəsində ABŞ dövlət katibi Con Kerrinin ötən gün Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdüyünü xatırladıb: “Görüşdə bütün tərəflər müharibəni rədd etdilər və danışıqlar prosesinə sadiqliklərini bildirdilər”(apa).