“İlham Əliyev İlqar Məmmədovu buraxmaq istəsə...” - AZƏR QASIMLI

Baxış sayı:
7582

Ölkədə prezident seçkisi öncəsi əfv sərəncamının imzalanacağı gözlənilir. Bu, Əfv Komissiyası üzvlərinin  mətbuata verdiyi açıqlamlardan da aydın olur. Ehtimal olunur ki, Novruz bayramı ərəfəsində imzalanan əfv sərəncamı və may ayında Cumhuriyyətin 100 illiyi ilə bağlı gözlənilən amnistiya aktı ilə həbsdə olan siyasilər də azadlığa çıxacaq.
REAL Hərəkatının sədri, siyasi məhbus İlqar Məmmədovun azadlığa çıxması ilə də bağlı tez-tez mətbuatda fikirlər səslənir.

“Bu məsələ Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin əlindədir”

Məsələyə aydınlıq gətirən REAL Hərakatının İdarə Heyətinin üzvü Azər Qasımlıq Hurriyyet.org-a bildirdi ki, əfv sərəncamı və yaxud amnistiya aktı ilə İlqar Məmmədovun da azadlığa çıxması mümkündür: “Mənə elə gəlir ki, ölkəmizdə mümkün olmayan heç nə yoxdur. Elə şey var ki, xalqın, bizim əlimizdədir, elə şey də var ki, xalqın, yəni bizim əlimizdə yox, iqtidarın əlindədir. Bu məsələ bilavasitə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin əlindədir. Təbii ki, İlham Əliyev İlqar Məmmədovu buraxmaq istəsə, buraxacaq. Hazırda ortada hansısa bir danışıq yoxdur, amma qərar versələr, burxarlar. Bizdə bununla bağlı bir məlumat yoxdur”.

İlqar Məmmədov ölkəni, xalqı buraxıb heç bir yerə gedəsi deyil”

“İlqar Məmmədov azad olunduğu təqdirdə xaricə getmək ehtimalı varmı” sualını cavablandıran A.Qasımlı dedi ki, belə bir ehtimal yoxdur: “İlqar Məmmədov 5 il ona görə oturmayıb ki, olkəni, xalqı, öz təşkilatını, tərəfdaşlarını buraxıb getsin. İlqar Məmmədov Azərbaycanın vətəndaşıdır və Azərbaycanda tanınan, bu gün bu hakimiyyətin əsas alternativi olan şəxsdir. Ona görə, İlqar Məmmədov ölkəni, xalqı, tərəfdaşlarını, təşkilatını buraxıb heç bir yerə gedəsi deyil”.
Şamo EMİN