​İlham Əliyev həmsədrlərlə görüşdü - YENİLƏNİB

Baxış sayı: 40

Azərbaycan prezidenti İlham Əliyev iyunun 19-da ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskontini, İqor Popovu, Riçard Hoqlandı və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Məlumatı prezidentin rəsmi saytı yayıb.
 
***
ATƏT-nın Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland Azərbaycana gəlib.
Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd edək ki, bu gün Minsk qrupu həmsədrlərinin Azərbaycana səfəri başlayır. Həmsədrlər Bakıda bir sıra rəsmi görüşlər keçirəcəklər.
Həmsədrlərötən həftə Ermənistan və Dağlıq Qarabağda olub. Azərbaycana səfərdən sonra həmsədrlərin bəyanat verəcəyi gözlənilir.