İlham Əliyev Erdoğanın oğlunu qəbul edib

Baxış sayı:
1588

Dövlət başçısı İlham Əliyev çərşənbə günü Türkiyə prezidentinin oğlu Bilal Erdoğanı, habelə bu ölkənin gənclər və idman naziri Osman Aşkın Bakı qəbul edib.
Görüşdə gənclər və idman siyasəti sahəsində ikitərəfli münasibətlər müzakirə olunub. Maraqlıdır ki, Bilal Erdoğan fərdi biznesmen - nəqliyyat şirkətinin şərikidir və dövlət vəzifəsi tutmur.
Elə bu gün Əliyev illik konfransda iştiak etmək üçün Bakıya gəlmiş İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin gənclər və idman nazirlərini qəbul edib.
 
Turan