İlham Əliyev bu dəfə "Qaçqınkom" rəhbərini qəbul etdi - PREZİDENT YENİ FORMATDA İŞLƏYİR

Baxış sayı:
394

Bu gün prezident İlham Əliyev Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin rəhbəri Rövşən Rzayevi qəbul edib. Bu barədə məlumatı prezidentin rəsmi saytı yayıb. Qəbul barədə təfərrüatlar daha sonra çatdırılacaq.

Xatırladaq ki, ötən gün İlham Əliyev Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovu qəbul etmişdi və onunla ölkədə həyata keçirilən yol-infrastruktur layihələrinin gedişini müzakirə etmişdi, müvafiq tapşırıqlar vermişdi.

Prezident publik formada ilk dəfədir məmurları bu cür formatda qəbul edir. Bu, dövlət başçısının komandası ilə yeni iş formatına keçdiyini göstərir.