​İlham Əliyev: Biz siyasətimizi yerlərdən gələn təkliflər əsasında qururuq

Baxış sayı:
11533

“Biz öz siyasətimizi yerlərdən gələn təkliflər əsasında qururuq”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edərkən sakinlərlə görüşündə deyib.
İlham Əliyev qeyd edib ki, Azərbaycan indi inkişafın yeni mərhələsindədir, bundan sonra iqtisadi artım daha sürətli olacaq və əldə olunan gəlir vətəndaşların rifah halının yaxşılaşmasına yönəldiləcək: “Əlbəttə ki, islahatlar hərtərəfli olmalıdır - həm iqtisadi sahədə, sosial sahədə, siyasi sahədə, həm də idarəetmə sahəsində. Bu sahələrdə hələ ki, təkmilləşməyə böyük ehtiyac var. Biz öz siyasətimizi yerlərdən gələn təkliflər əsasında qururuq”.
Dövlətimizin başçısı xatırladıb ki, bu ilin yanvarında dördüncü regional inkişaf proqramı qəbul edilib: “Bu proqramın qəbul edilməsində yerlərdən gələn müraciətlər əsas rol oynayır. Çünki vətəndaşları narahat edən problemlər var ki, biz onları bilməliyik və həll etməliyik. Bizim məqsədimiz budur, siyasətimiz də bundan ibarətdir. Əminəm ki, ölkə qarşısında duran bütün vəzifələr, problemlər öz həllini tapacaq”.