İlham Əliyev Ankarada sultanlar dövründə olduğu kimi qarşılandı - FOTO

Türkiyədə Azərbaycan prezidenti İlham Əliyevin qarşılanma mərasimində 16 türk dövlətinin döyüş geyimində olan əsgərlər də yer alıb. 

Musavat.com-un məlumatına görə, mərasim Prezident Sarayında təşkil olunub. İlk dəfə olaraq gələn qonaq sarayın içində deyil, həyətində qarşılanıb.

Qeyd edək ki, bundan əvvəl Fələstin muxtariyyatının prezidenti Mahmud Abbas da bu cür qarşılanmışdı, ancaq prezident Ərdoğan onu sarayın içində salamlamışdı.

Türkiyə mediası Ərdoğanın yüksək mənsəbli qonaqlarını bu cür, sultanlar dövründəki kimi qarşılamasını tənqid edir, bunu lazımsız sayırlar.