​İlham Əliyev 3 nəfəri ölümdən xilas edən qardaşlarla görüşdü - VİDEO

Baxış sayı:
6211

Prezident İlham Əliyev Ukraynada həyatları təhlükəyə məruz qalmış insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə Sabir Adil oğlu Şirinov və Umud Adil oğlu Şirinovu "İgidliyə görə” medalı ilə təltif edib.
BakuPost-un məlumatına görə, ölkə başçısı bu gün Şirinov qardaşları ilə görüşərək onlara medalları təqdim edib.
Qeyd edək ki, Ukraynada yaşayan azərbaycanlı qardaşlar yanvarın 19-da Nikolayev şəhəri ətrafında yanan avtomobildən bir ailəni çıxararaq xilas ediblər.