İlham Əliyev 2018-ci ildə YAP-ın prezidentliyə namizədi olacaq – YAP-dan AÇIQLAMA

 “Yeni Azərbaycan Partiyası (YAP) 2018-ci ildə keçiriləcək prezident seçkilərində Azərbaycan Respublikasının hazırkı Prezidenti İlham Əliyevin namizədliyini yenidən irəli sürəcək”.
 
Bu sözləri Modern.az saytına açıqlamasında YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat  Aydın Mirzəzadə deyib.
YAP rəsmisi bildirib ki, hakim partiya 2018-ci ildə keçirləcək Prezident seçkilərində İlham Əliyevi vahid namizəd olaraq görür.
“Biz inanırıq ki, cənab İlham Əliyev  gələn il keçiriləcək seçkilərdə yenidən Prezident seçiləcək”.