​İlham Əliyev 2 sərəncam imzaladı

Baxış sayı:
6409

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bərdə şəhərində Tərtər çayı üzərində yeni körpü tikilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Muxalifet.az sərəncamın mətnini təqdim edir:
1. Bərdə şəhəri ərazisində Tərtər çayı üzərində qəzalı vəziyyətə düşmüş körpünün sökülməsi və onun yerində yeni körpünün tikilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin ilkin olaraq 3,0 (üç) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
***
Prezident İlham Əliyev Muzey işi sahəsində çalışan bir qrup şəxsə Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında muzey işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilsin:
Axundova Aida Xalıq qızı
Bağırova Qəmər Seyfəddin qızı
Balayeva Təranə Əhməd qızı
Bayramov Rza Rafiq oğlu
Bəkirova Nahidə Ellaz qızı
Əhmədova Tünzalə Həmid qızı
Ələkbərova Səadət Cahangir qızı
Hacıyev Akif Bağır oğlu
İbrahimov Kamil Fərhad oğlu
Orucəliyev Ramil Əli oğlu
Şadlinskaya Xanım Nazim qızı
Tağıyeva Əntiqə Rəhim qızı”.