İlham Əliyev 14 yaşlı Aydını təbrik etdi

Baxış sayı:
1625

Prezident İlham Əliyev yeniyetmə şahmatçı Aydın Süleymanlıya təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir: "Əziz Aydın, Hindistanda oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm. Sən ilk turlardan yarışa liderlik edərək turniri qələbə ilə başa çatdırdın və həmyaşıdların arasında şahmat üzrə dünya çempionu adını qazanaraq şahmat tariximizdə daha bir parlaq səhifə açdın. Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm".