​İlham Əliyev 10 milyonuncu sakinə mənzil BAĞIŞLADI

Baxış sayı:
11551

Prezident Ilham Əliyev Azərbaycanın 10 milyonuncu sakininin ailəsinə  mənzil bağışlayıb.
Məlumata görə, bu gün keçirilən görüşdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mənzilin sənədlərini körpənin atasına təqdim edib.
Xəbəri Unikal.org-a körpənin atası Rauf Həsənov təsdiqləyib.
"Mənzilin sənədlərini bu gün cənab prezident İlham Əliyev və xanımı bizə təqdim etdi. Bu diqqətə görə cənab prezidentə və xanımına təşəkkür edirəm"./unikal