“İlham Əliyev 10 ildən çoxdur danışıqlar aparır, mən isə bu işdə təzəyəm...” - PAŞİNYAN SİRRİ AÇDI

Baxış sayı:
6613

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün jurnalistlərlə görüşüb və onların bir sıra mövzular, o cümlədən Qarabağ barədə suallarına cavab verib.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan hakimiyyətə gəldikdən sonra Qarabağ danışıqlarına dair “böyük həcmdə informasiyalar aldığını” deyib. Onun sözlərinə görə, həmin informasiyalar yenə də “böyük həcmdə” əlavə informasiyalar tələb edir.

Ermənistan rəhbəri bildirib ki, hazırda o danışıqlar prosesində nələrin baş verdiyini təhlil edir.

“Proses çox mürəkkəbdir, bir sıra incəlikləri var. İlham Əliuev 10 ildən çoxdur bu prosesdədir, həmsədrlər üçün isə danışıqlar prosesi onların işidir. Bu işdə yeganə təzə adam mənəm və əlbətdə ki, mənə proseslə bağlı hər şey maraqlıdır. Çox şey qaranlıqdır. Lakin əgər hamıya hər şey aydın idisə dialoq nəyə gərək olardı? Danışıqlar bir sıra məqamları aydınlaşdırmaq üçündür. Bir sıra ziddiyətli məsələlər var. Kazanda (2011-ci il) nə baş verib? Vyanada? Ki-Vestdə? Əgər hamı desə ki, nə baş verib, o zaman suallar da olmazdı. Mən prosesin yeni iştirakçısı kimi bütün suallara cavab tapmalıyam və partnyorların dəstəyinə ümid edirəm”-Paşinyan belə deyib.

Ermənistanın baş naziri habelə bildirib ki, jurnalistlərə bir sirri açmaq istəyir. Belə ki, o baş nazir səlahiyyətlərinin icrasına başlayandan sonra danışıqlar prosesi barədə məlumat almaq üçün keçmiş xarici işlər naziri Edvard Nalbəndyanla görüşüb.

“Mən əvvəlki illərdə aparılmış müzakirələr barədə bəzi informasiyaları almaq üçün keçmiş XİN rəhbəri Edvard Nalbəndyanı dəvət etdim. Bir sıra incəlikləri xarici liderlərlə də müzakirə etmişəm”-o deyib.