İlanlar evə hücum edib – İMİŞLİDƏ

İmişlidə ilanlar evə hücum çəkib.
 
Hadisə rayonun Qaragüvəndikli kəndində qeydə alınıb.
Kənd sakini Xanış Babayevə məxsus fərdi yaşayış evində son vaxtlar təhlükəli hal artıb. İlanlar müxətlif yerlərdən evə girirlər. Ev sahibinin sözlərinə görə, uşaqlar qorxudan evdə yata bilmirlər.
İlanları dəfələrlə öldürmələrinə baxmayaraq, digər ilanlar yenidən üzə çıxır.
Belə bir vəziyyətin olduğunu təsdiqləyən kənd icra və bələdiyyə nümayəndələri evdə bir neçə dəfə dərmanlama işləri həyata keçirildiyini bildirsələr də, evdə yenidən ilanlar peyda olub./report