İlahiyyatçının səhifələri oğurlandı

Baxış sayı:
4946

Tanınmış ilahiyyatçı Elşad Mirinin sosial şəbəkədəki səhifələri oğurlanıb.
Muxalifet.az xəbər verir ki, bu haqda ilahiyyatçı özü məlumat verib. O bildirib ki, təsisçisi olduğu “Elşad Miri”, “Din.az”, “İslamologiya” və “Media Təqib Mərkəzi”nin Feysbuk səhifələri oğurlanıb.
Elşad Mirinin sözlərinə görə, sözügedən səhifələrə hücum edən naməlum şəxslər özlərinə həmin səhifələrdə “admin”lik statusu verdikdən sonra ilahiyyatçını səhifənin idarəçiliyindən çıxarıblar.
Həmin əməli törədən şəxslər eyni zamanda onu dövlət əleyhinə məlumatlar paylaşan bir neçə səhifədə “admin” ediblər.
Elşad Miri bildirib ki, baş verənlər ona qarşı düşünülmüş təxribatdır. İlahiyyatçı bütün bunların son zamanlarda çox geniş müzakirələrə və sərt reaksiyalara səbəb olan çıxışlarına görə qurulmuş bir oyun olduğunu qeyd edib.