​"İkinci tura marionetka ilə qaldım" - POROŞENKO

Baxış sayı:
6724

Ukrayna Prezidenti Pyotr Poroşenko prezident seçkisində ikinci tura çıxdığını bildirib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri o, təşkil etdiyi brifinqdə deyib. Poroşenko ikinci turda rəqibinin biznesmen İqor Kolomoyskinin marionetkası olduğunu deyib:
“Bu seçkidə Kreml, onun agenturası və qaçqın oliqarxlar dəlicəsinə azğınlaşıblar. Onlar tam nəzarəti itiriblər. Tale məni ikinci tura Kolomoyskinin marionetkası ilə gətirdi. Kolomoyskiyə bir şans belə verməyəcəyik”, – deyə o bildirib.
Zelenski Poroşenkonun bu ifadəsindən dərhal sonra ona cavab verib:
“Bizim zəmanətçimizin (Prezident nəzərdə tutulur – red.) mətbuat konfransını gördüm. O, yenə mənim Kolomoyskinin marionetkası olduğumu dedi. Əgər zəmanətçi belə deyirsə, neyləmək olar? Ona görə də mənim bir sualım var və məncə, o bunu görəcək. Siz Svinarçukun marionetkasınız, yoxsa Svinarçuk sizin marionetkanızdır?”