İkinci İlya Putini Abxaziya və Çxinvalinin işğalını dayandırmağa çağırdı

Baxış sayı:
2626

“Bu gün hər kəsə, bir-birimizə xoşbəxtlik diləyirik. Unutmamalıyıq ki, xoşbəxtlik çox dərəcədə bizdən asılıdır. Valideynlərə hörmət uşaqlar üçün xoşbəxtlikdir, xeyir-dua almaq və uzun ömürlü olmaq üçün ata və anaya hörmət etmək lazımdır - bunu Müqəddəs Kitabda oxuduq. Yaşlılara hörmət gənclərə xoşbəxtlik gətirir. Bir-birimizi dinləməyi öyrənməliyik". 

Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya II Yeni il çıxışında belə deyib.

“Fürsətdən istifadə edib Rusiya Prezidenti Vladimir Putinə müraciət etmək istəyirəm: Abxaziya və Çxinvalinin işğalı sona çatmalıdır. Gürcüstanın Müqəddəs Ananın mirası olduğunu xatırlamalıyıq", - deyə İkinci İlya bildirib.

Muxalifet.az