​İki uşaq anası intihara cəhd etdi – 21 DƏRMAN İÇDİ

Zaqatalada iki uşaq anası dərmandan zəhərlənib.
Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, sentyabrın 17-i axşam saat 18:30 radələrində rayonun Muğanlı kənd sakini,  iki uşaq anası olan, 1990-cı il təvəllüdlü Cəmilə Sabir qızı Musayevə zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.
Həkim müayinəsi zamanı Cəmilə Musayeva əsəbiləşdiyi üçün müxtəlif adlarda 21 dərman həbi içdiyini bildirib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Cəmilə Musayevanın vəziyyəti  həkim müdaxiləsindən sonra  stabilləşib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır(APA).