​İki uşaq anası abort zamanı öldü

Baxış sayı:
16276

5 aylıq hamilə qadın abort etdirərkən dünyasını dəyişib.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, fevralın 16-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 saylı xəstəxanada 1978-ci il təvəllüdlü D.M. abort zamanı vəfat edib.
Məlumata görə, abort edən həkim Gülnarə Təkləvi olub və o hadisədən sonra işdən uzaqlaşdırılıb: “Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. İstintaq yekununda həkimin təqsiri təsdiqlənərsə, ona müvafiq cəza veriləcək".
Qeyd edək ki, hadisə barədə ilk məlumatı xəbərlə.com saytı yayıb. Ölən qadın iki uşaq anası olub./Open