İki super güc müharibə silahlarını çəkdi

Baxış sayı:
331

Çinin təyyarə gəmisi Liaoning Okinawa Adası ilə Miyako Adası arasındakı bölgədən keçərək Sakit okeanına daxil olub.
 
Yaponiya Çinin təyyarə gəmisi Liaoning-in onu müşayiət edən bir gəmiylə ölkəsinin cənubundakı adalar arasındakı beynəlxalq sulardan keçdiyini bildirib.
Yapon xəbər agentliyi “Kyodo”-da yer alan xəbərə görə, Yaponiya Müdafiə Nazirliyindən edilən açıqlamada, Çin təyyarə gəmisinin Okinawa Adası ilə Miyako Adası arasındakı bölgədən keçərək Sakit okeanına daxil olduğunun təsbit edildiyini ifadə edilib.
Açıqlamada, gəminin keçişi əsnasında Yapon quru sularını pozmadığı ifadə edilib.
Nazirlik səlahiyyətliləri daha əvvəl də Yapon adaları yaxınında seyr etdiyi görülən gəmiyə bu dəfə yanacaq və digər dəstək verəcək qabiliyyətə sahib sürətli bir gəminin yoldaşlıq etdiyinə diqqəti çəkib.
Digər yandan, ətrafda gəminin dəstək xarakterli daha 4 gəminin varlığının müəyyən olunduğu qeyd edilib.
Qeyd edək ki, Çin 2012-də fəaliyyətə başlayan ilk və tək döyüş gəmisi olan Liaoningin təyyarə endirmə və qaldırma təlimləri icra etməklə, Sakit okeanına daxil olduğu təxmin edilir.
 Liaoning ilk dəfə 25 dekabr 2016-da Şərq Çin Dənizindən Sakit okeanına daxil olarkən Yaponiyanın suverenliyindəki adaların yaxınından keçmişdi. Ən son isə keçən il 21 apreldə Yaponiyanın cənub adalarının qərbindəki Yonaguni Adasının 350 kilometr açığında seyr etdiyi təsbit edilmişdi.
Müxalifət.az