​İki qonşu dalaşdı, BİRİ DÖYÜLDÜ – SAMUXDA

Baxış sayı: 59

Samuxda döyülmə faktı qeydə alınıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə,  hadisə rayonun Ağasıbəyli kəndində qeydə alınıb.
1981-ci il təvəllüdlü Abbasov Fərhad Fərman oğlu qonşusu tərəfindən döyülərək baş nahiyəsindən xəsarət alıb. O dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.  Davanın söyüş üstündə yarandığı bildirilir.
Faktla bağlı Samux rayon Polis şöbəsində araşdırma aparılır.