İki qız itkin düşdü - BAKIDA

Baxış sayı: 80

Bakıda 2 qız itkin düşüb.
 
Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yaşayan 1999-cu il təvəllüdlü Səlimə Almazovanın (adlar şərtidir) valideynləri polisə müraciət edərək onun itkin düşməsi barədə məlumat veriblər. Bundan başqa, Xətai rayonu Əbilov küçəsində yaşayan 1997-ci il təvəllüdlü İlhamə Məmmədlinin də itkin düşməsi ilə bağlı polisə müraciət edilib.
Hər iki qızın xarakterik əlamətləri və fotoları polisə təqdim edilib. Axtarış tədbirləri həyata keçirilir.