İki qardaş bir gündə öldülər

Baxış sayı:
250

Avqustun 11-də saat 5 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Abşeron rayon sakini İ.Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Bərdə rayon sakini Ə.Məhərrəmovun idarə etdiyi “KamAZ” markalı avtomobilin qoşqusuna vurmuşdur.
Muxalifet.az DIN-ə istinadən xəbər verir ki, nəticədə İ.Əhmədovun sərnişinlərindən həmyerliləri Arif Tanrıverdiyev və onun qardaşı Mübariz hadisə yerində ölmüşlər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.