​İki qadını soyan keçmiş məhkum tutuldu

Baxış sayı:
4210

Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.
Noyabrın 4-də rayon ərazisindəki yarmarkada Bakı şəhər sakini Ə. Quliyevanın cibindən içərisində 50 manat və açar olan pulqabısı oğurlanıb.
Xətai rayon Polis İdarəsinin 34-cü polis şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Qurbanov saxlanılıb.
Onun həmin gün rayon ərazisində xətt avtobusunda Bakı şəhər sakini E.Abdullayevanın cibindən mobil telefonunu oğurlaması da müəyyən edilib.