İki piyada QƏZADAN SONRA ÖLDÜ
25-10-2017 12:47

Piyadaların vurulması nəticəsində dünən 2 qadın vəfat edib.
DİN xəbər verir ki, hadisənin biri oktyabrın 23-də saat 19 radələrində Naxçıvan şəhəri ərazisində baş verib.
Ordubad rayon sakini Kamran İsmayıllı idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən şəhər sakini Turqayə Əliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən T.Əliyeva oktyabrın 24-də orada ölüb.
İkinci ölüm hadisənin qəzası isə 1 həftə öncə qeydə alınıb.
Oktyabrın 18-də saat 19 radələrində Yevlax rayonunun Salahlı kəndi ərazisində kənd sakini Mehman Kukuyev idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən həmkəndlisi Təzəgül Qasımovanı vurub. Xəstəxanaya yerləşdirilən piyada oktyabrın 24-də orada ölüb.