İki ölkənin altından keçən gizli tunel aşkarlandı

Baxış sayı:
14566

ABŞ-la Meksikanın sərhədində tunel aşkarlanıb.
 
Muxalifet.az report-a istinadən xəbər verir ki, tunel ABŞ-ın Arizona ştatının yaxınlığında, bu həftə aşkarlanıb.
 
Məlumata görə, Meksikanın hakimiyyət orqanları ondan narkotik vasitələrin daşınması və insanların sərhəddən keçirilməsiüçün istifadə edilməsindən şübhələnirlər.
 
Nəşr qeyd edib ki, bu, son aylar aşkarlanmış üçüncü analoji tuneldir.
Daha əvvəl məlum olub ki, ötən il ABŞ-Meksika sərhədində 376 mühacir ölüb.