İki ölkə bir-birinə raketlərlə hücum etdi - Ölən və yaralananlar var

Baxış sayı:
8401

İsrail Suriyaya raketlərlə hücum edib.

Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 hərbçi həlak olub, 7-si yaralanıb.

Bu barədə SANA rəsmi xəbər agentliyi informasiya yayıb.

İsrail ordusundan verilən yazılı açıqlamada, işğal altındakı Qolan təpələrinin şimalından gecə saatlarında atılan və biri İsrail torpaqlarına düşən iki raketə qarşılıq olaraq Əsəd rejiminə aid bəzi hədəfləri döyüş təyyarələri və helikopterlərlə hücum olunduğu bildirilib.

Qeyd edək ki, iki ölkə arasında Qolan təpələri üzərində münaqişə davam edir.