​İki ölkə arasında GƏRGİNLİK ARTIR- Yaponiya Çinə qarşı yeni ordu yaratdı

Baxış sayı:
3577

Yaponiya ilk dəfə olaraq dəniz desant qüvvələri yaradıb.
Muxalifet.az  xəbər verir ki, “Kiodo” agentliyi dəniz desant qüvvələrinin yaradılmasına Şərqi Çin dənizində Çinə qarşı müqaviməti artırmaq olduğunu yazıb. Yeni qüvvələrin Kyusyu adasında yerləşdirilməsi nəzərdə tutulub.
Yeni qüvvə 2100 nəfərdən ibarət olacaq, gələcəkdə isə 3 minə çatdırılacaq.
Qeyd edək ki, Çinlə Yaponiya arasında Şərqi Çin dənizində əsas mübahisə Senkaku adasına görə yaranır.
Yaponiyada dəniz desant qüvvələri İkinci Dünya Müharibəsindən sonra ilk dəfədir yaradılır.