​İki nəhəng ordu arasında qarşıdurma: ÖLƏNLƏR VAR

Baxış sayı:
5560

Hindistan ordusu Cammu Kəşmir mahalında nəzarət məntəqəsindən Pakistan tərəfini atəşə tutub.
Muxalifət.az xəbər verir ki, Bhimber kəndində hindli əsgərlərin qəfildən hərbi hissəyə atəş açması nəticəsində 2 pakistanlı hərbçi həlak olub.
Pakistan ordusu da öz növbəsində Hindistan tərəfinə qarşılıq verib.
Qeyd edək ki, Cammu Kəşmir ərazisi uzun illərdir ki, Hindistanla Pakistan arasında münaqişə zonası olaraq qalır.