İki nəfər maşında diri-diri yandı - GORANBOYDA

Bakı-Qazax magistral yolunda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Hadisə magistral yolun Goranboy rayonunun Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yol ilə hərəkətdə olan “Mercedes” markalı avtomobil yolun kənarına aşıb. Qəza zamanı avtomobil yanıb və içərisində olan iki nəfər ölüb.
Qəzanın baş vermə səbəbləri araşdırılır.