İki nəfər lotereyada 14,2 milyon uddu

Baxış sayı:
430

İki nəfər Kanada sakini "Loto Maks" milli lotereyada qazandığı 19 milyon Kanada dolları (14,2 milyon ABŞ dollar) məbləğində cekpotu öz aralarında böləcəklər.

Trend-in məlumatına görə, bu barədə "OLG" şirkətinin nümayəndələri bildirib.

Məlumata əsasən, uduş biletinin biri Ontario vilayətində, digəri isə Kanadanın mərkəzi regionlarının birində satılıb.

Qaydalara görə, mükafat almaq üçün uduş bileti təşkilatçılara təqdim edilməlidir, qalibin ya da qaliblərin adları ictimaiyyətə açıqlanmalıdır.