​İki Koreya dövləti arasında növbəti danışıqlar

Baxış sayı:
7585

Şimali Koreya ilə Cənubi Koreya arasında danışıqların növbəti raundu keçiriləcək.
Muxalifet.az xəbər verir ki, tərəflərin danışığı gələn həftəyə planlaşdırılır. Cənubi Koreyanın rəsmi dövlət orqanı bildirib ki, danışıqlar cümə günü Keson sərhədyanı şəhərində keçirilə bilər. Tərəflər Kesondakı rabitə ofisinə toplaşacaqlar.
Nazirliyin rəsmisi əlavə edib ki, görüş təklifini Seul irəli sürüb. Hazırda Şimali Koreya tərəfinin cavabı gözlənilir.
Əgər danışıqlara razılıq verilsə, Cənubi Koreya tərəfdən görüşdə birləşmə məsələləri üzrə nazirin müavini Çxon Xe Son, Şimali Koreya tərəfdən isə Çon Çon So iştirak edəcək.