İki İŞİD-çı qardaş yaxalandı

Baxış sayı:
5605

Suriyadan Türkiyəyə qanunsuz yollarla girməyə çalışan iki İŞİD üzvü qardaş Hatayda yaxalanıb.
 
Nəzarətə alınan iki qardaşın 2014-də həyat yoldaşları və uşaqları ilə birlikdə qaçaq yollarla Suriyaya gedib İŞİD-a qoşulduqları müəyyənləşdirilib.
Şübhəlilərin 2017-də ailələrini Türkiyəyə göndərdiyi, özlərinin isə təşkilat daxilində fəaliyyətlərini davam etdirdiyi ortaya çıxıb.
İki qardaş, aparılan sorğulardan sonra sövq edildikləri Altınözü məhkəməsində həbs olunaraq həbsxanaya göndərilib.
Müxalifət.az