İki həftə əvvəl həyat yoldaşı ölən Xalq artisti verilişdə OXUYUB, ƏYLƏNDİ - FOTO

Baxış sayı:
8689

Təxminən iki həftə əvvəl həyat yoldaşı dünyasını dəyişən Xalq artisti Teymur Mustafayev (Teymur əmi) ATV-nin canlı efirində qonaq olub. Milli.Az xəbər verir ki, xalq artisti həyat yoldaşı Təbərrik Mustafayevanın dünyadan yenicə köçməsinə baxmayaraq efirdə mahnı oxuyub. Onun xanımı uzun sürən xəstəlikdən sonra vəfat edib. Xatırladaq ki, Teymur əmi 12 il əvvəl oğlunun müəmmalı ölümündən sonra da efirlərdə, əyləncəli proqramlarda qonaq olduğu üçün qınaq obyektinə çevrilirdi. 80 yaşlı xalq artistinin Teymur Mustafayev avtomoblində müəmmalı şəkildə yanan oğlunun ölümü ilə bağlı 12 il sonra ilk açıqlaması "Allah təala verəndə yaxşıdır, alanda pis? Verən də Allahdır, alan da. Allahın işinə qarışmıram" olmuşdu.