“İki gündə ölkədə 27 zəif zəlzələ olub” - Qurban Yetirmişli

Baxış sayı:
4762

"Son iki gündə respublika ərazisində baş verən kiçik maqnitudalı zəlzələlərin sayı artıb".
Muxalifet.az xəbər verir ki, bu barədə apa-ya Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, son iki gündə ölkə üzrə 27 zəif zəlzələ olub, onların arasında hiss olunan zəlzələ azdır. Misal üçün, Zaqatala zəlzələsini bir-iki adam hiss edib, dünən Xəzərdə baş verən zəlzələ də hiss olunmayıb. Burda qorxulu bir şey yoxdur, yerdaxili proseslərdir".