İki bacını maşın vurdu - ​BAKIDA

Bakının Binəqədi rayonunda iki nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifət.az xəbər verir ki, Azadlıq prospektində 115 saylı orta məktəbin qarşısından yolun digər tərəfinə keçmək istəyən 1998-ci il təvəllüdlü Şahmalıyeva Aysel Vaqif qızı və 2001-ci il təvəllüdü Şahmalıyeva Elmina Vaqif qızını minik avtomobili vurub.
Hər iki yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinə məlumat verilib.
Sürücü saxlanılıb. (report)