İki azərbaycanlı ermənini udub çempion oldu - VİDEO

Baxış sayı:
5014

Gürcüstanda yeniyetmələr arasında WKF karate üzrə beynəlxaq turnir keçirilib. 
Yarışda ölkəmizi təmsil edən yeniyetmə karateçilərdən ibarət komanda möhtəşəm qələbələrlə Vətənə dönüblər. Belə ki, Azərbaycanın 7 döyüsçüsü 1-ci, 4 döyüsçü 2-ci, bir nəfər isə 3-cü yeri tutub.
10 yaşlı idmançımız Abdulrəzimov Polad Mahir oğlu öncə gürcü idmançıya qalib gələrək adını finala yazdırıb, daha sonra isə erməni rəqibini məğlub etməklə çempion adını qazanıb. 
Digər təmsilçimiz Rəşidov Rəşid Ramir oğlu da finalda erməni rəqiblə üz-üzə gəlib. Azərbaycanlı idmançı döyüşü qələbə ilə başa vuraraq birinci yerə layiq görülüb./Azvision